SAYTDAN İSTİFADƏ ŞƏRTLƏRİ
Diqqət! Xahiş olunur, https://www.dda.az saytından (bundan sonra “Veb-sayt”) istifadə etməzdən öncə “Saytdan istifadə qaydaları” (bundan sonra ismin müvafiq halında “Qaydalar”) ilə ətraflı tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, bu halda Veb-saytı könüllü tərk edə bilərsiniz. Əks halda Veb-saytdan istifadə ilə bağlı hər bir hərəkət Qaydalardakı şərtlərlə bütünlüklə razı olduğunuz anlamına gələcək.
Bu Qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlar və normativ sənədləri əsasında hazırlanmışdır.
Veb-sayt və onda yerləşdirilmiş materiallar müəllif hüquqları və əmtəə nişanları ilə qorunur.
1. İstifadə olunan terminlər və anlayışlar
Qaydalarda işlədilən terminlər aşağıdakı mənaya malikdir:
“Digital Driving Academy” MMC / və ya Şirkət / Satıcı – “Digital Driving Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1007665861, Hüquqi və Faktiki ünvanı:Bakı şəhəri, Biləcəri qəsəbəsi. R.İsmayılov küç.10/13).
Sayt- “Digital Driving Academy” MMC-yə məxsus https://www.dda.az saytı.
"Sayt Administrasiyası (bundan sonra - Administrasiya)" - Saytı idarə etmək səlahiyyətinə malik olan və "Digital Driving Academy" MMC-nin adından fəaliyyət göstərən, fərdi məlumatların işlənməsini təşkil edən və (və ya) həyata keçirən, habelə fərdi məlumatların (fərdi məlumatların tərkibi, fərdi məlumatlar ilə həyata keçirilən hərəkətlər) emalının məqsədlərini müəyyən edən işçilər.
"Fərdi məlumatlar" - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu əsasında aparılır.
İstifadəçi – Sayta daxil olan və bu Qaydalarda göstərilən şərtlərlə istifadə etməyə davam edən yetkinlik yaşına çatmış şəxs.
İstifadəçi razılaşması – bu razılaşma, reklamların yerləşdirilmə Qaydaları və Veb-saytın işini tənzimləyən və ya Veb-saytda qeyd olunmuş Xidmətlərdən istifadə qaydalarını müəyyənləşdirən digər qaydalar, şərtlər və sənədlər.
Xidmətlər – Veb-saytın istifadəçiləri üçün sərfəli funksional imkanlar, qulluq, xidmətlər, vasitələr.
Mal / Məhsul – Saytda barəsində məlumat yerləşdirilmiş tədris vasitələri, video materiallar, konspektlər, suallar, çəkillər, proqram təminatı, aksesuarlar və digər materiallar və ləvazimatlar.
Elan – məhsul barədə (əlaqə məlumatları, fotoşəkillər və hər hansı müvafiq bir məlumat da daxil olmaqla) təklif ilə əlaqədar Veb-saytda yerləşdirilən, qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanan məlumat.
Oferta – İstifadəçinin Veb-saytda yerləşdirilmiş mallar / işlər / xidmətlər siyahılarından seçdiyi məhsulu “səbətə” əlavə edərək, sifariş vermək üçün lazım olan məlumatları daxil edərək “sifariş ver” düyməsini basması (bundan sonra – sifarişin rəsmiləşdirilməsi).
Çağrı Mərkəzi – “qaynar xətt” vasitəsilə İstifadəçilərlə əlaqə saxlayan mütəxəssislər.
Alıcı – Administrasiya tərəfindən yerləşdirilən elanlara baxan, məhsullarla əlaqədar Administrasiya ilə qarşılıqlı əlaqədə olan və / və ya Administrasiya ilə müqavilə bağlayan bir İstifadəçi.
Sayta giriş məlumatları – saytda qeydiyyatdan keçərkən İstifadəçi tərəfindən müstəqil olaraq yaradılmış və ya daha sonra İstifadəçi tərəfindən Şəxsi kabinet vasitəsilə və ya “Digital Driving Academy” MMC tərəfindən müəyyən edilmiş başqa bir üsulla dəyişdirilmiş və Veb- saytda qeydiyyatdan keçdikdən sonra İstifadəçinin Şəxsi kabinetinə giriş üçün istifadə olunan unikal giriş (elektron poçt ünvanı və / və ya nömrə) və şifrə.
Şəxsi Kabinet – İstifadəçinin Veb-saytdakı İstifadəçi hesabı ilə əlaqədar “Digital Driving Academy” MMC tərəfindən təklif olunan şərtlər daxilində təqdim olunan fərdi xidmətləri, həmçinin öz sifariş(lər)ini, sayta qoşulmağı / çıxmağı idarə edə biləcəyi şəxsi bölməsi.
Qeydiyyat – İstifadəçinin Veb-saytdakı istifadəçi interfeysinin xüsusi formasından istifadə edərək Şəxsi Kabinet yaratmaq və Veb-saytın fərdi xidmətlərinə giriş imkanını əldə etmək üçün sayta giriş məlumatlarını və digər məlumatları təqdim etməsi də daxil olmaqla saytının təlimatlarına uyğun olaraq etdiyi bir sıra hərəkətlərdir.
İstifadəçi məlumatları – İstifadəçi tərəfindən Veb-saytdan istifadə ilə əlaqədar “Digital Driving Academy” MMC-yə verilən hər hansı bir material və məlumatlar.
Qanunvericilik – Bu istifadə qaydalarında nəzərdə tutulmuş öhdəliklərin icrası ilə əlaqəli və /və ya bu öhdəliklərin yerinə yetirilməsindən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi.
2. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə
Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Veb-saytda yerləşdirilmiş bütün materialların müəlliflik hüququ “Digital Driving Academy” MMC-yə və ya Əziz Talıbova məxsusdur. Bu materialların tam şəkildə və ya onda olan şəkilləri, cədvəlləri, yazıları, video və digər hissələri qanunsuz olaraq rəngli və ya ağ-qara formada çap edən, satan, yayan, özününküləşdirən və ya başqa məqsədlərlə istifadə edən şəxslər Azərbaycan Rеspublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilə bilərlər.
3. Ümumi müddəalar.
3.1. İstifadəçinin Veb-saytda qeydiyyatdan keçməsi və avtorizasiya edilməsi faktından asılı olmayaraq Veb-saytdan istifadə, o cümlədən bu saytda yerləşdirilmiş məlumatlara baxmaq, İstifadəçinin bu Qaydalarla razılaşdığını və Xidmətlərdən istifadə qaydalarına riayət etməsini, həmçinin Saytın istifadəsi ilə əlaqədar öz hərəkətlərinə görə məsuliyyət daşımağı öhdəsinə götürdüyünü bildirir.
3.2. Qaydalara əsasən belə qəbul olunur ki, İstifadəçi tərəfindən saytda edilən hərəkətlər, o cümlədən oferta, malların alqı-satqısı, işlər və xidmətlərdən istifadə ilə əlaqədar hərəkətlər həmin İstifadəçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan məqsədlər üçün edilir (yəni İstifadəçi bu xidmət və mallardan gəlir əldə etməməli, müəllif hüquqlarını pozmamalıdır). Hər hansı hüquqi şəxsin və ya fərdi sahibkar olan fiziki şəxsin müraciəti olarsa, onunla bütün ilkin sənədlərin rəsmiləşdirilməsinə və ödəniş tapşırıqlarının icrasına imkan verən ayrıca alqı-satqı müqaviləsi (sadələşdirilmiş şəkildə digər üsul da ola bilər) bağlanılır. Bu cür müqavilələrin bağlanılması qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
3.3. İstifadəçi Veb-sayta daxil olaraq və bununla da İstifadəçi Razılaşmasını bağlamış olaraq təminat verir ki, o, İstifadəçi Razılaşmasının bağlanılması və icrası üçün lazım olan bütün hüquq və səlahiyyətlərə malikdir, o cümlədən yetkinlik yaşına çatmış bir şəxsdir və ya müvafiq orqanın qərarı ilə emansipasiya qaydasında tam fəaliyyət qabiliyyətli elan edilmiş şəxsdir, yaxud İstifadəçi Razılaşması bağlamaq üçün valideynlərindən və ya digər qanuni nümayəndələrindən qanuni formada yazılı razılıq almış şəxsdir. “Digital Driving Academy” MMC istənilən vaxt İstifadəçidən yuxarıda göstərilən kimi hüquq və səlahiyyətləri təsdiqləyən məlumat və sənədlərin təqdim edilməsini tələb etmək hüququna malikdir.
3.4. Veb-saytda təqdim olunan xidmətlər İstifadəçiyə öncədən xəbərdarlıq edilmədən istənilən vaxt dəyişdirilə, əlavə oluna, yenilənə, funksional imkanlarının formasını və xarakterini dəyişə bilər, bununla əlaqədar olaraq xidmətlərin istifadəsi “olduğu kimi” rejimində, yəni İstifadəçilərinin xidmətlərə müraciət etdiyi zaman “Digital Driving Academy” MMC tərəfindən təqdim edilən formada və həcmdə təklif olunur. Zərurət yaranarsa, “Digital Driving Academy” MMC öz mülahizəsinə əsasən bütün istifadəçilərə və ya fərdi qaydada hər hansı bir İstifadəçiyə Xidmətlərin (və ya Xidmətlər daxilindəki hər hansı ayrı-ayrı funksiyaların) təqdim edilməsinə əvvəlcədən xəbərdarlıq etmədən xitam vermək (müvəqqəti və ya daimi olaraq) hüququna malikdir.
3.5. Şirkət Veb-saytda yerləşdirilmiş malların təsvirinin, həmçinin Saytda göstərilən qiymətlərin dəyişə biləcəyini bildirir. Son qiymət, İstifadəçinin ofertasına (sifarişin təsdiqlənməsinə) cavab olaraq göndərilən Şirkətin akseptində göstərilən qiymətdir. Saytda olan məhsul haqqında yerləşdirilmiş hər hansı bir məlumat, məhsulun istehsalçısı tərəfindən verilmiş texniki və digər məlumatlar əsasında yerləşdirilir. Məhsul haqqında Saytda və istehsalçının sənədlərində göstərilən məlumatlar arasında uyğunsuzluqlar olduqda, İstifadəçi malların istehsalçısının sənədlərində qeyd olunan məlumatları rəhbər tutmalıdır. Şirkət İstifadəçilərə əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt Saytda yerləşdirilmiş məlumatlara dəyişiklik etmək hüququna malikdir.
3.6. İstifadəçi oferta verərkən (sifarişi rəsmiləşdirərkən) qeyd edilən məlumatların düzgünlüyünə cavabdehlik daşıyır. Eyni zamanda, İstifadəçi avtomatik olaraq Şirkətə İstifadəçinin ofertasının qəbulu (aksepti) nəticəsində məlum olmuş və ya məlum ola biləcək şəxsi məlumatlarını işləmək üçün razılıq verir. Məlumatların işlənilməsi özündə Şəxsi məlumatların verilənlər bazasını saxlamaq üçün fərdi məlumatların toplanması, qeydiyyatı, yığılması, saxlanması, uyğunlaşdırılması, dəyişdirilməsi, yenilənməsi, istifadəsi və paylanması (köçürülmə daxil olmaqla), ümumiləşdirilməsi, fərdi məlumatların silinməsi və bunlarla məhdudlaşmadan digər əməliyyatların aparılmasını özündə ehtiva edir. Həmçinin Şirkət ona təqdim edilən və ya ona məlum olan əlaqə vasitələrindən istifadə edərək İstifadəçinin malların /işlərin/ xidmətlərin keyfiyyəti ilə bağlı rəylərini öyrənmək, İstifadəçini reklam və marketinq xarakterli tədbirlərdə iştiraka dəvət etmək, İstifadəçinin müraciət(lər)i, saytda etdiyi axtarışlar nəticəsində Şirkətə məlum olan və ya təqdim edilən məlumatlar əsasında İstifadəçini kampaniyalar, təkliflər, reklam materialları, Şirkətin fəaliyyəti ilə bağlı məlumatlandırmaq (sms və s. üsullarla) hüququ əldə etmiş olur. İstifadəçi, onun şəxsi məlumatlarının ötürülməsi üçün Şirkət tərəfindən əlavə razılıq alınmaması ilə razılaşır, İstifadəçinin razılığını almaq üçün başqa formalar təmin edilmir. İstifadəçinin şəxsi məlumatların işlənməsinə razılıq verməkdən imtina etmək hüququ vardır, bununla belə Şirkətin bu məlumatları vergi və digər qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində saxlayacağını nəzərə alır.
4. Saytda qeydiyyat
4.1. İstifadəçinin Veb-saytda qeydiyyatdan keçdikdən sonra ayrı-ayrı xidmətlərdən istifadə etmək hüququ vardır.
4.2. Qeydiyyatdan keçərkən İstifadəçinin müstəqil olaraq sayta giriş məlumatları göstərilir. Qeydiyyat üçün məlumatları daxil etdikdən sonra İstifadəçi Qeydiyyat zamanı göstərilən e-poçt ünvanına Saytda Qeydiyyatı təsdiqləmək üçün keçid lazım olan aktiv bir hiperlink ehtiva edən elektron məktub alır. Bir hesabın qeydiyyatı İstifadəçinin bir elektron poçt ünvanı ilə aparılır. Saytda əvvəllər qeydiyyat zamanı göstərilən e-poçt adresindən istifadə edərək yeni bir hesabın yenidən yaradılmasına icazə verilmir. İstifadəçi Saytdakı Şəxsi Hesabdakı və ya lazım olduqda “Digital Driving Academy” MMC-nin müəyyənləşdirdiyi başqa bir şəkildə qeydiyyat məlumatlarını dəyişə bilər. Şirkət Saytda avtorizasiya edərkən İstifadəçi tərəfindən verilən məlumatı (məlumatları) xüsusi yoxlama ilə təsdiqləmir. Saytda avtorizasiya edərkən İstifadəçi tərəfindən verilən bütün məlumatlar Şirkət tərəfindən əlavə yoxlanılma olmadan qəbul edilir və təklifin qəbulu zamanı tələb olunan sənədlərin işlənməsi üçün əsasdır.
4.3. İstifadəçi qeydiyyat məlumatlarının təhlükəsizliyini izləməli və üçüncü şəxslərə açıqlamamalıdır. İstifadəçinin qeydiyyat məlumatlarını üçüncü şəxslərə ötürmək, habelə istifadəçinin müvafiq razılığı əsasında bu məlumatları almış, onun adından və maraqları naminə fəaliyyət göstərən və ya istifadə edən şəxslər istisna olmaqla, üçüncü şəxslərin qeydiyyat məlumatlarını veb-saytda avtorizasiya üçün istifadə etməsinə birbaşa və ya dolayı yolla icazə vermək hüququ yoxdur.
4.4. İstifadəçinin Şəxsi Hesabından qeydiyyat məlumatlarını istifadə edərək, eləcə də şəxsi kabinetdə göstərilən İstifadəçinin telefon nömrəsini istifadə edərək edilən hər hansı bir hərəkət, İstifadəçinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən törədilmiş bir hərəkət sayılır və İstifadəçi üçün öhdəlik və məsuliyyətləri müəyyənləşdirir. Bu barədə İstifadəçi tərəfindən veb-saytda yerləşdirilmiş İstifadəçi Sazişinin pozulmasına görə məsuliyyət, mallar ilə əlaqəli qanuni tələblər daxildir.
4.5. İstifadəçi, bu məlumatların açıqlandığından və üçüncü şəxslər tərəfindən icazəsiz istifadə edilə biləcəyindən şübhələnərsə, şəxsi qeydiyyat məlumatlarını dərhal dəyişdirmək məcburiyyətindədir.
4.6. Veb-saytdan istifadə edərkən İstifadəçinin verdiyi məlumatların düzgünlüyünü yoxlamaq üçün mövcud texniki həllərdən istifadə etmək hüququ vardır. “Digital Driving Academy” MMC, İstifadəçinin həqiqətən göründüyü kimliyinə zəmanət verə bilməz, həmçinin İstifadəçinin Veb-saytda verdiyi məlumatların həqiqət olduğuna zəmanət verə bilməz. “Digital Driving Academy” MMC, istifadəçilərə bunun üçün veb-saytda mövcud olan bütün vasitələrdən istifadə edərək potensial kontragentlər, satıcılar və alıcılarla əlaqə qurmağı, əməliyyatlar edərkən və satıcı seçərkən diqqətli və ehtiyatlı davranmağı tövsiyə edir.
4.7. “Digital Driving Academy” MMC İstifadəçinin Saytdakı hesabını bərpa etmək imkanı olmadan bloklamaq və ya silmək hüququna malikdir.
5. Cookies
5.1. Şirkət, İstifadəçilərin Saytda ən yaxşı təcrübəni əldə etmələri üçün məlumatların mümkün qədər tam olmasını təmin etmək üçün cookies istifadə edir. İstifadəçi Saytdan istifadə etməyə davam edərsə, bu, onun cookies istifadəsinə və Şirkət tərəfindən bütün cookies alınmasına razılığını və İstifadəçiyə ən uyğun təkliflər və kampaniyalar barədə son məlumatları göndərmək imkanı deməkdir. İstifadəçi istənilən vaxt Saytdan istifadə etdiyi cihazın fərdi parametrləri ilə abunəlikdən çıxa və ya cookies istifadəsini qadağan edə bilər.
5.2. Saytda mallara /işlərə/ xidmətlərə baxmaq, həmçinin sınaq dərslərdən yaralanmaq İstifadəçi üçün pulsuzdur.
5.3. Sayt və Sayt tərəfindən göstərilən xidmətlər profilaktik, gündəlik və digər texniki işlərə görə müvəqqəti olaraq qismən və ya tamamilə əlçatmaz ola bilər. Şirkətin texniki xidməti, İstifadəçiyə xəbərdarlıq etmədən lazımi profilaktik, gündəlik və digər texniki işləri aparmaq hüququna malikdir.
5.4. Şirkət Saytda əvvəlcədən dərc edilməsi şərti ilə bu Qaydalara birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır.
6. Sifarişin ödənilməsi
6.1. Xidməti sifariş verən İstifadəçi xidmətlər və mallar almaq üçün bank kartı ilə nağdsız ödəmə etməlidir.
6.2. Xidmətlərə görə ödəniş “Digital Driving Academy” MMC-nin cari hesablarının açıldığı bankdan təsdiq aldıqdan, ödəniş məbləği cari hesabına daxil olan andan sayılır.
6.3. İstifadəçiyə ötürülən mallar üçün kassa və ya vergi qəbzi və mallar üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələb olunan sənədlər daxil olmaqla digər müşayiət sənədləri İstifadəçiyə “Digital Driving Academy” MMC tərəfindən verilir. “Digital Driving Academy” MMC mallar üçün kassa və ya vergi qəbzini və müşayiətedici sənədlərin çatdırılmasını həyata keçirə bilər.
7. Adminstrator tərəfindən sifarişin ləğvi
7.1. Adminstrator aşağıdakı hallarda Sifarişi ləğv edə bilər:
✓ İstifadəçi Sifariş üçün ödəmə etmədikdə və ya etdiyi ödənişi hər-hansı səbəbdən ləğv etdikdə;
✓ İstifadəçi çatdırılma vaxtından (müddətindən) razı deyilsə və yeni çatdırılma vaxtının müəyyənləşdirilməsi üçün aparılan danışıqlar nəticəsində razılığa gəlmək mümkün olmadıqda;
✓ Anbarda mal olmadıqda və ya İstifadəçiyə çatdırılmalı mal zədəli olduqda;
✓ “Digital Driving Academy” MMC-nin Sifarişi yerinə yetirə bilmədiyi digər hallarda;
✓ İstifadəçinin Qanunda nəzərdə tutulmuş hallarda maldan imtina etməsi halında;
✓ İstifadəçi Sifarişi (Malları) almaqdan yayındıqda;
✓ Xidmətdə göstərilən Malların qiymətində texniki səhvin və ya üçüncü tərəflərin qanunsuz hərəkətləri olması halında.
7.2. Sifarişin icrası İstifadəçinin və ya “Digital Driving Academy” MMC-nin sərəncamından asılı olmayan səbəblərdən (gömrük qaydaları və prosedurlarında dəyişikliklər və malların razılaşdırılmış qaydada ötürülməsinə mane olan digər hallar səbəbindən mümkün deyilsə, təhvil zamanı sifarişin itirilməsi, bu məhsulun tədarükçüsündə malın olmaması, malın anbara gəlməməsi, sifarişin işlənməsi zamanı aşkar olunan qüsurlara görə malın anbarda olmaması, yenidən malların dərəcələnməsi və ya işləməməsi hallarında) mümkün olmadıqda “Digital Driving Academy” MMC sifarişi ləğv edərək İstifadəçiyə bu barədə xəbər verir, İstifadəçi isə öz növbəsində sifariş verildiyi anda mal satışa çıxarsa, yeni sifariş verərək malın çatdırılması üçün yeni şərtlərlə razılaşmaq hüququna malikdir. Əgər yeni sifariş verilərkən malların qiyməti artmışdırsa və əvvəlki sifarişin ləğv edilməsi qüsura görə deyilsə, yeni sifariş verildiyi gün qiymət fərqi üçün kompensasiya edilmir.
8. İstifadəçi tərəfindən Sifarişin ləğvi
8.1. İstifadəçinin sifariş etdiyi Malların qəbulundan (çatdırılmasından) imtina etmək hüququ vardır.
8.2. Sifariş çatdırılma üçün müvafiq icra prosesinə (kuryer, poçt və digər çatdırma xidməti, vasitəsi və s.) təqdim edilməyibsə, istifadəçi Administrasiyaya zəng edərək onu tam və ya qismən ləğv edə bilər.
8.3. İstifadəçinin sifarişi ləğv etməsi (maldan imtina etməsi):
8.3.1. İstifadəçi Malları aldıqdan sonra imtina edərsə və imtina Malların qeyri-kafi keyfiyyəti ilə əlaqəli deyilsə, “Digital Driving Academy” MMC İstifadəçidən bu malın/malların çatdırılmasına görə (çatdırılma xidməti ödənişsiz olsa belə) Xidmətin dəyərini qaytarmamaq (tutmaq) hüququna malikdir.
8.3.2. İstifadəçi qeyri-kafi keyfiyyəti malları aldıqdan sonra imtina edərsə, bu mallarla çatdırılmasını təşkil etmək üçün xidmətlərin dəyəri istifadəçi tərəfindən ödənilmir.
9. İstifadəçi tərəfindən malların qaytarılması
9.1. İstifadəçi tərəfindən Malların Satıcıya qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.
10. Malların İstifadəçiyə çatdırılması və təhvil verilməsi
10.1. Müəyyən edilmiş ünvana çatdırılma, İstifadəçini çatdırılma üçün razılaşdırılmış vaxtda müəyyən çatdırılma ünvanında olmağı mükəlləf edir.
10.2. Xidmətlərin və Malların Azərbaycan Respublikasının hüdudlarından kənar göstərilməsi və ya ünvanlara çatdırılması (Malların ixracı) razılaşma əsasında həyata keçirilir.
11. Malların çatdırılmasını təşkil edilməsi üzrə xidmətlər
11.1. Hər bir Sifariş üçün Xidmətlərin dəyəri Xidmətə Sifariş verərkən göstərilən qiymətlərə uyğun olaraq müəyyən edilir. Sifariş verilərkən çatdırılma müddəti Xidmətdə göstərilir. “Digital Driving Academy” MMC bu səhifədə göstərilən qiymətləri birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Müştəri tərəfindən çatdırılma ünvanı dəyişdirildikdə, çatdırılma xidmətləri üçün ödəniş məbləği dəyişə bilər.
11.2. İstifadəçi Xidmətlər üçün bu Şərtlərdə müəyyən edilmiş qaydada ödəmə etməyə borcludur.
11.3. Çatdırılmaqda olan mal(lar) Adminstrasiya tərəfindən göndərildiyi andan Alıcıya təhvil verilənə qədər tamamilə itirildikdə / məhv olduqda, “Digital Driving Academy” MMC əvvəlcədən ödənilmiş məbləği İstifadəçiyə geri qaytarır.
11.4. “Digital Driving Academy” MMC aşağıdakı halların hər hansı birində Xidmətlərin göstərilməsinə dair öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşımır:- bu, İstifadəçinin bu Şərtlərə əməl etməməsinin nəticəsidirsə;- İstifadəçi olmadıqda (Sifarişin göndərildiyi gün və ya İstifadəçi (alıcı) ilə razılaşdırılmış başqa bir vaxtda Sifarişin çatdırılma ünvanında onun tərəfindən göstərilən alıcı olmadıqda);- Sifariş verərkən göstərilən əlaqə məlumatlarını istifadə edərək İstifadəçi (alıcı) ilə əlaqə yaratmaq mümkün olmadıqda;- fors-major hallarında: təbii fəlakətlər, rabitə yollarının dayandırılması, qar sürüşmələri, müharibələr, daşqınlar, yanğınlar, zəlzələlər və digər təbii fəlakətlər və təsirə məruz qalan tərəfin həqiqətən təsir edə bilmədiyi və əsaslı şəkildə edə bilməyəcəyi hər hansı digər hallarda.